Prezidentlə xanımının səmimi söhbəti – Video

Prezident İlham Əliyev ötəngünkü səfəri zamanı Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub.

AKTUAL TV xəbər verir ki, dövlət başçısı təməlqoyma mərasimində sakinlərlə söhbətləşib:

Prezident İlham Əliyev: “Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır!”. Həmin bu yazı gilizdədir.

Kişi sakin: Qoy hamının burada zəhməti olsun.

Prezident İlham Əliyev: Əlbəttə, bu, tarixdir. Kişilər özlərini qabağa verirlər.

Qadın sakin: Xeyirli, uğurlu olsun.

Prezident İlham Əliyev: Burada da abidə ucaldılacaq.

Kişi sakin: Cənab Prezident, buraya gəlməyən sakinlər də bizə tapşırdılar ki, Sizə təşəkkür edək. Çox sağ olun ki, bizim kəndə bu cür dəyər verdiniz.

Prezident İlham Əliyev: Sağ olun, məndən də onlara salam söyləyin. Kənd hazır olanda bir də gələcəyik.

Qadın sakin: Mütləq bizə gəlin.

Birinci xanım Mehriban Əliyeva: Mən də istəyirəm.

Prezident İlham Əliyev: Hə, əlbəttə. Sən yaddan çıxdın. Leyla, sən də gəl.

Qadın sakin: Bu həyəcanı bizə yaşatdığınız üçün sağ olun. 70 yaşım var özümü 15 yaşda hiss edirəm. O qədər cavanlaşdırdınız ki.

Birinci xanım Mehriban Əliyeva: Göyərçinlər indi uçmalıdır. Çəkin şəklini.

Prezident İlham Əliyev: Eybi yoxdur bir azdan uçacaqlar.

Kişi sakin: Cənab Prezident, mən bu kənddə doğulmuşam amma burada olmamışam.

Prezident İlham Əliyev: Gələn ilin əvvəlində, inşallah, bir də görüşəcəyik, Ağalı kəndinin bütün camaatı ilə.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]