Qəbul etmirik, boş sözdür: bu qədər bəsit… – MƏNSİMOV

ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatın heç bir tarixi əsası yoxdur.

Aktualtv.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Palmali Şirkətlər Qrupunun rəhbəri, tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, Türkiyə tarixi ilə üzləşməkdən heç bir zaman yayınmayıb və hər zaman tarixçilərə müraciət edərək arxivlərin açılmasını tələb edib:

“Buraxın, tarixçilər bunu araşdırsın” deməsi və 3-cü ölkələrə arxivlərini açması da buna sübutdur. Amma ermənilər heç bir zaman bununla razılaşmayıb. Ermənilər və onları əllərində alət edən böyük dövlətlər 24 aprel tarixini siyasi məqsədləri və Türkiyəyə qarşı şantaj üçün istifadə ediblər. Haylar hər il bu tarixdə diqqəti öz üzərlərinə çəkə biliblər. Və nəhayət, “soyqırım” sözünü Baydendən də eşitdirdilər. Dincəldilər”.

M.Mənsimov qeyd edib ki, ermənilər qulaqlarını açıb eşitsinlər: biz Xocalını unutmamışıq və heç vaxt unutdurmayacayıq:

“1992-ci ildə Xocalıda törədilmiş vəhşiliyi, vandallığı, soyqırım cinayətini məhz onlar törətdilər. Bu qədər sübutlar, şəkillər, videolar, canlı şahidlər var. Faktları erməni faşist rəhbərləri özləri də etiraf edir, amma dünya onu soyqırım kimi qəbul etmir! Dünya erməni vəhşilərinin Xocalıda törətdiyi soyqırıma susur. Bayden isə erməni yalanına susa bilməzdi, çünki seçicilərinə söz vermişdi. Və sözünü tutdu. Biz də ABŞ prezidentinin “soyqırım” sözünü qəbul etmirik. Sözdü də. Bu qədər bəsit”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]