“Koronavirusu ilk dəfə yüngül keçirib, ikincidə vəfat edənlər var”

“COVID-19-a yoluxan şəxslərdə virus yükü nə qədər az olsa, xəstəliyi rahat keçirər. Virus orqanizmə nə qədər çox daxil olarsa, o şəxslər xəstəliyi daha ağır keçirir”.

Bu barədə cərrah Rauf Qasımov Səhiyyə Nazirliyinin stasionar şəraitdə COVID-19-un müalicəsilə bağlı canlı yayımda bildirib.  

O qeyd edib ki, koronavirus infeksiyasına ikinci, hətta 1 nəfərdə üçüncü dəfə yoluxma halını şəxsən müşahidə edib. Həkim qeyd edib ki, xəstənin bu xəstəliyi necə keçirəcəyi bədənin ümumi vəziyyəti, immun sistemi, virus yükünün nə qədərə olması və digər hallardan asılıdır: “Dünya statistikasında birinci dəfə xəstəliyi yüngül keçirən, ikinci dəfə vəfat edən şəxslər var. Həmçinin ilk dəfə ağır, növbəti dəfə xəstəliyi yüngül keçirənlər də olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]