Mətanət İsgəndərli koronavirusa yoluxdu: Vəziyyəti ağırdır

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub.
Bu barədə “Qafqazinfo”ya sənətçinin keçmiş gəlini Aynur Həmidova (Canan) məlumat verib.
Onun sözlərinə görə, beş gün əvvəl M.İsgəndərli və eks-ərində COVID-19 aşkarlanıb:
“Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib.
 Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]