Sərt karantin rejimi tədricən yumşaldılacaq – Ərdoğan

“Bazar ertəsindən başlayaraq tədricən normallaşma təqvimimizin tətbiqinə başlayacağıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya vasitəsilə xalqa müraciəti zamanı bəyan edib. Dövlət başçısı koronavirus pandemiyası səbəbindən tətbiq olunan sərt karantin rejiminin tədricən yumşaldılacağının anonsunu verib.

“Bütün detalları Nazirlər Kabineti toplantısından sonra açıqlayacağıq. İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, ötən sutka ərzində ölkədə yeni yoluxanların sayı cəmi 11.5 min olub ki, bu da aprelin ortalarında müşahidə olunan maksimum göstəricilərdən təqribən 5 dəfə aşağıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]