Şəhid ailəsi “Kristal Abşeron”dan Putinə şikayət edəcək: “Nəvələrim ana bətnində öldü, gəlinim…”

“Kristal Abşeron” MTK şəhid ailəsini çıxılmaz vəziyyətə qoyub. Belə ki, Teymur Əzizov şəhid olandan sonra, ailə evin aylıq ödənişini, faizləri vermək vəziyyətində deyil. Şirkət isə, heç bir güzəşt etmək istəmir.


Aktualtv.az Yenicag.az-a istinadən bildirir ki, bu barədə şəhid Əzizov Teymur Əli oğlunun anası Əzizova Lyubov Vyaçeslavovna məlumat verib.

Şəhid anası bildirib ki, 2018-ci ildə şəhid Əzizov Teymur Əli oğlu Sumqayıt şəhər, 10-cu mikrorayonda “Kristal Abşeron” MTK-nın tikdiyi binadan ev alıb. Evin qiyməti 195 min manat dəyərində olub. İlkin ödəniş 31 min 500 manat olub, 22 ay isə aylıq 2725 manat aylıq ödəniş ediblər. Oktyabr ayına qədər, yəni Teymur Əzizovun şəhid olmasına qədər evin ödənişlərində heç bir çətinlik olmayıb. Teymur Əzizovun aylıq qazancı 1500 manatdan çox olub, həyat yoldaşının isə kiçik biznesi olub. Beləcə ailə evin ödənişlərini vaxtlı-vaxtında ödəyiblər. Teymur Əzizov şəhid olduqdan sonra ailə “Kristal Abşeron”a aylıq ödəniş etmə gücündə olmayıb.


Ödənişi edə bilməmələri barədə “Kristal Abşeron”a rəsmi məktubla müraciət edən ailə şirkətdən onlara köməklik göstərilməsini xahiş edib.


Vətəndaşın yazılı müraciətinə ən geci 1 ay müddətinə cavab verilməsilə bağlı prezidentin də göstərişi olmağına baxmayaraq, “Kristal Abşeron” artıq 9 aydır ki, ailənin müraciətinə cavab verməyib.


Şəhidin anası müraciətlərinə cavab ala bilmədiklərini gördükdə Prezident Administrasiyası və Nazirlər Kabinetinə də müraciət ünvanlayıb, lakin oradan da heç bir cavab gəlməyib.


Şəhidin anası Əzizova Lyubov Vyaçeslavovna milliyətcə rusdur. Yaşadıqları çətinliklə bağlı çarəsizlikdən Rusiya prezidenti Vladimir Putinə də müraciət edəcəklərini deyib.


Şəhid ailəsi öncə YAŞAT fondunda olub, daha sonra məsələ ilə bağlı “Kristal Abşeron” MTK-nın Sumqayıt filialının təsisçisi Əliağa adlı şəxslə görüşüblər. Həmin şəxs bildirib ki, “Kristal Abşeron”un direktoru Məhayət Nəbiyev onlara heç bir güzəştin edilməyəcəyini söyləyib.


Əliağa adlı şəxs Məhayət Nəbiyevin sözlərini bu şəkildə çatdırıb:


“Bizə yuxarı instansiyalardan göstəriş verilib ki, heç bir şəhid ailəsinə köməklik etməsinlər. Biz lazımi qədər YAŞAT fonduna pulumuzu ödəyirik. Bu səbəbdən də əlavə güzəştlərdən söhbət gedə bilməz”.


Əzizova Lyubov həmin şəxsə bildirib ki, əgər güzəşt edilmirsə, məktuba rəsmi cavab verilsin. Şirkət isə cavabında, “Sizə 20 min manat köməklik edirik, ancaq məktubu verməyəcəyik”, – deyib. Şəhid ailəsi bununla razı olmayıb. Çünki faizlərdən əlavə, 8 ay pul ödənmədiyi üçün 5 800 manat cərimə yazılıb. MTK-dan bildirilib ki, arayışı verəcəkləri təqdirdə, nəzərdə tutulan 20 min manat güzəşt ləğv ediləcək. Ailə isə məktuba rəsmi cavab verilməsini tələb edir.


Şəhidin anası Lyubov Əzizova bildirib ki, şirkətin onlarla rəftarı yolverilməzdir:


“Şirkət bizimlə kobud şəkildə danışdığı üçün gəlinim qorxuya düşüb. 5 yaşlı nəvəmi hazırlığa aparmağa da qorxur. Oğlum döyüşlərə yollanmamış gəlinim hamilə idi. Əkiz uşaqları olacaqdı. Ancaq bu stresslərdən yaxın günlərdə uşaqlar da ana bətnində öldü“.


Əzizova Lyubov və şəhidin həyat yoldaşı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qəbuluna yazılıb. Onları icra başçısının birinci müavini Teymur Səmədov qəbul edib. Teymur Səmədov “Kristal Abşeron” MTK-nın özəl şirkət olduğu üçün onlardan yalnız xahiş edə biləcəklərini deyib. Ailənin yanında şirkət rəhbərliyi ilə telefonda danışan icra başçısının birinci müavini məsələni şirkətə çatdırıb, RİH adından şəhid ailəsinə köməklik göstərilməsini xahiş edib. Şirkətdən isə bildirilib ki, danışıqlar aparılır. Ancaq konkret cavab verilməyib.

Şəhid ailəsi ilə söhbət zamanı bildirdilər ki, onlar evin bağışlanılmasını istəmirlər. Teymur Əzizov şəhid olmazdan öncə yüksək maaş alıb. Ona görə də, rahat şəkildə evin pulunu ödəyiblər. İndi isə onu ödəmək imkanları yoxdur. Onların tək istəyi cərimənin və faizin götürülməsidir.

Çıxılmaz vəziyyətdə qalan ailə ölkə rəhbərliyindən kömək istəyir.

Qeyd edək ki, “Kristal Abşeron” MTK-nın sahibi millət vəkili Ağalar Vəliyevdir. Əgər bir millət vəkili şəhid ailəsinə güzəşt etmirsə, onun hansı milləti təmsil etdiyi sual altındadır. Ümumiyyətlə, “Kristal Abşeron” MTK barədə saysız-hesabsız şikayətlər var. Ancaq şirkətin rəhbəri Ağalar Vəliyevin toxunulmazlığı, şirkəti də toxunulmaz edir.

Ümid edirik ki, məsələ öz həllini tapacaq və şəhid ailəsinin problemi həll ediləc

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]