Ukraynanın bir qrup KİV-i azərbaycanlı jurnalistlərin həlak olması ilə bağlı çağırış edib

Ukraynanın bir sıra media orqanı və bir sıra jurnalistləri Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları ilə bağlı çağırış ediblər.

“Report”un Şərqi Avropa bürosuna göndərilən çağırış məktubunda ukraynalı jurnalistlər azərbaycanlı həmkarlarının peşə fəaliyyəti başında həlak olmasından üzüldüklərini bildirirlər. Məktubda 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzv dövlətləri qarşısında minalar ilə bağlı öhdəliyi özündə ehtiva edən 2365 nömrəli qətnaməsi xatırladılaraq bildirilir ki, Ermənistan bu öhdəliyi pozub. Ukraynalı jurnalistlər Ermənistanı təcili bu öhdəliyə görə məsuliyyətli olmağa çağırıblar.

“Bildiririk ki, 30 illik işğaldan sonra öz torpaqlarını azad edən Azərbaycanın dinc sakinlərinin yurdlarında işğaldan sonra yenidən yerləşmələri ilə bağlı problemlər yaranıb. Bunlar azərbaycanlıların həmin ərazidə evlərinin tamamilə dağıdılması, meşələrin məhv edilməsi, məscidlərin viran qoyulması və sairdir. Çox təəssüf ki, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə çox sayda minalar da basdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, konfliktin başa çatmasından sonra bir neçə dəfə müraciət və tələblərə baxmayaraq, Ermənistan razılaşmaya zidd olaraq minalanmış ərazilərin xəritəsini vermir. Biz Ermənistanı öhdəliyini yerinə yetirməyə çağırırıq”- deyə, məktubda bildirilir.

Qeyd edək ki, Ukrayna KİV-ləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının mətbu orqanı “Oqni Azerbaydjana” qəzetinin çağırışına qoşulublar. Bunlar “Dnepr vecerniy”, “rupor.com.ua”, “Kurier” ictimai-siyasi qəzeti, “Za virciznu” redaksiyası, Ukrayna Jurnalistlər İttifaqının üzvü Anna Kosinenko və digər müstəqil jurnalistlərdir.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]