Tramp Baydenə “SÖZ ATDI”: “Putinlə toplantı zamanı yatma”

ABŞ-ın sabiq prezidenti Donald Tramp hazırki dövlət başçısı Co Baydenə növbəti dəfə mesaj göndərib.

 AKTUAL TV  “TRT Haber”ə istinadla xəbər verir ki, Tramp, 16 iyunda Cenevrədə Rusiya dövlət başçısı ilə görüşəcək Baydenə uğurlar diləyib. Amma xələfinə “söz də atıb”:

“Bayden, toplantı zamanı yuxuya getmə və Putinə ən səmimi diləklərimi çatdır”.

Tramp prezidentliyi dövründə Helsinkidə Putinlə çox məhsuldar bir görüş keçirdiyini söyləyib: “Gecikmiş yalançı mətbuat toplantını kiçik formada təqdim etdi. Amma ABŞ bu toplantıda Putinin və Rusiyanın hörməti də daxil olmaqla bir çox şey qazandı”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]