Daha iki məşhur müğənni Bakıya gəlir

Türkiyənin iki pop ulduzu- Demet Akalın və Soner Sarıkabadayı Azərbaycana gələcək.

Məşhur müğənnilər Bakının fərqli restoranlarında konsert proqramları ilə çıxış edəcəklər. Demet iyunun 26-sı, Soner isə iyulun 3-də səhnəyə çıxacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni tədbirlərin keçirilməsi qadağandır. Buna baxmayaraq təkcə yerli yox, xarici ulduzların da Bakıdakı restoranlarda çıxışı geniş vüsət alıb.

Daxili İşlər Nazirliyi və Operativ Qərargah yerli restoranlara bu mövzuda xəbərdarlıq edib. Hətta DİN bir neçə məşhur restoranı cərimələyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]