Duqin: “İlham Əliyev müdrik siyasətçidir”

“Azərbaycanla bağlı deyə bilərəm ki, bir ölkə öz suveren, müstəqil siyasətini çoxqütblülük əsasında qurursa, bu, Çin ilə iqtisadi tərəfdaşlıq da ola bilər, Rusiya ilə hərbi-siyasi əməkdaşlıq da”.

AKTUAL TV xəbər verir ki, bu sözləri rusiyalı filosof və publisist, siyasi elmlər doktoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Çinə Qərbdən olan təzyiqləri və Bakı ilə Pekin arasında iqtisadi tərəfdaşlığı şərh edərkən bildirib.

O, Qarabağın azad edildiyindən sonra Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaq barədə məsələ qaldırmağın zəruriliyindən danışıb:

“Bunun üçün heç bir maneə yoxdur. Ardıcıl hərəkət etməliyik. Türkiyə də, mənim fikrimcə, Aİİ-yə dəvət edilməlidir”, – deyə ekspert əlavə edib.

Politoloq Azərbaycan Prezidenti İlham Əliyevin suveren Azərbaycanın tərəfdarı olduğunu deyərək, dövlət başçısının yenicə ölkənin ərazi bütövlüyünün qəhrəmanlıqla bərpasına nail olduğunu vurğuladı. A.Dugin yeri gəlmişkən, bu prosesdə Vaşinqtonun deyil, Rusiya və Türkiyənin rol oynadığını da xatırltdı.

“Mən Azərbaycanın dostuyam, Avrasiyaçılıqda Azərbaycan, Rusiya, Türkiyə və İran arasında əsas bölgə, millət, dövlət kimi böyük əhəmiyyətə malikdir. Bakı Moskva üçün ən vacib strateji tərəfdaşdır; Azərbaycan çoxqütblü dünyanın dayağı ola bilər və olmalıdır. İlham Əliyev müdrik və uğurlu bir siyasətçidir, atası Heydər Əliyevin yolunu tutur, vəsiyyətlərini parlaq şəkildə yerinə yetirir. Həmişə yeni çağırışlara hazır olmaq lazımdır, İlham Əliyev bunun öhdəsindən gəlir”, – deyə ekspert qeyd edib.

Müsahib Azərbaycan Prezidenti İlham Əliyevə güvəndiyini və onun davamlı olaraq xalqı, dövləti üçün doğru yolu seçdiyini vurğulayıb.

“Təkcə Azərbaycan dostu kimi deyil, mücərrəd geosiyasi və analitik baxımından danışsaq, fikrimcə, Azərbaycanın suverenliyi yalnız tarazlığın olacağı çoxqütblü dünyanın tanınması ilə mümkündür”, – deyə A.Duqin sözlərini yekunlaşdırıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]