“Hərbçilərin maaşlarının artırılması Azərbaycanın qüdrətinin göstəricisidir”

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov AKTUAL TV -yə açıqlamasında bildirib ki, hərbçilərin maaşlarının artırılması Azərbaycanın gücünün-qüdrətinin göstəricisidir:

“Eyni zamanda Prezident İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsidir. Hər zaman olduğu kimi, Vətən müharibəsi bitəndən sonra da hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması, şəhid ailələrini narahat edən qayğıların həll edilməsi bütün hərbçilərə qayğının nəticəsidir. Həmçinin 76 mindən artıq hərbçinin orden və medallarla təltif edilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti Silahlı Qüvvələrimizə diqqət göstərir”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]