“Məni xalqa düşmən etmək istəyirlər” – Sərxan Sərxan “rayonlu” söhbətindən danışdı

Xalq artisti  Sərxan Sərxanın “Rayonlu nə bilir konsert nədir” başlıqlı açıqlaması mediada müzakirələrə səbəb olub. Hətta xalq artistinin bu  fikri  sosial mediada tənqidlə  qarşılanıb. 

Məsələ ilə bağlı Aktualtv.az-a açıqlama  verən  xalq artisti Sərxan Sərxan bu fikirlərin həqiqəti əks etdirmədiyini söyləyib:

“Mediada yayılan  “Rayonlu nə  bilir konsert nədir, teatr nədir”  başlıqlı açıqlama əsassızdır. Sərxan belə dedi, elə dedi, utanmırlar?!  İndi konsertə kim gedir? Heç şəhər əhalisi getmir. Bu nə xəbərdir mənim adımdan yayımlanır. Bunu yayanlar məni  xalqa düşmən  etmək istəyirlər. Mənim əksər dostlarım rayonludurlar. Belə baxanda elə hər birimizin kökü rayona gedib çıxır. Dünən haqqımda çıxan  “primitiv”  xəbərlər  məni  çox əsəbləşdirdi. Heç gözləməzdim”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]