Ərdoğan etirazlardan sonra rektoru işdən çıxardı

Türkiyənin Boğaziçi Universitetinin rektoru Melih Bulu vəzifəsindən azad edilib.

Aktualtv.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan müvafiq fərman imzalayıb. Bununla da universitetdə 6 aydan artıqdır davam edən aksiyalar, evə basqınlar, həbslər dövrü başa çatıb. 

Qeyd edək ki, Ərdoğanın 2021-ci ilin yanvar ayında Melih Bulunu Boğaziçi universitetinə rektor təyin etməsinin ardından ali təhsil müəssisəsini etirazlar dalğası bürüyüb. Belə ki, universitetin elmi işçiləri və tələbələri Melih Bulunun rektor olaraq təyin olunmasına qarşı etiraz aksiyaları, yürüşlər təşkil edirdilər. Onlar universitet ənənəsinə uyğun olaraq rektorun Boğaziçi Universitetində professor olması lazım olduğunu müdafiə edirdilər.

Yeni rektor vəzifəsində yalnız 194 gün qala bilib. Universitetə Bulunun köməkçisi Mehmet Naci İnci müvəqqəti olaraq rəhbərlik edəcək.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]