Cavanşir Quliyev Fuad Muradovla görüşdü

Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.

Aktualtv.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin tapşırığı ilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığı və qiymətləndirildiyi qeyd edilib.

Cavanşir Quliyev ölkəmizin türk dünyasında tanıdılması və mədəniyyətlərarası körpülərin qurulmasındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

C.Quliyev fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]