“Yeni Klinika” Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verib

“74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında “Yeni Klinikanın” reanimasiya şöbəsinə çox ağır – tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyyətində daxil olub”.

Bunu klinikanın reanimatoloqu Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi: “Təzyiqi qaldırmaq üçün maksimal dozada təzyiq qaldıran dərmanlar istifadə olundu. Xəstəyə lazımi dəstək müalicəsi olunsa da, aparılan müayinələr nəticəsində prokansin dəyərinin çox yüksək olması, bakterial infeksiyanın əlavə olunmasına sübut idi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı təsbit edildi. Kreatin dəyərləri 2,5 dəfə yüksəlmişdi və xəstənin sidik çıxışları demək olar ki, yox idi. Xəstə heç 24 saat reanimasiya şöbəsində qalmadı. 15-16 saat müddətində xəstəni saxlaya bildik. Bütün bu fonda müdaxilələrə baxmayaraq xəstədə ürək dayanması baş verdi. Ölüm səbəbi sebtik şok diaqnozu idi”.

***

18:41

Xalq artisti Səməd Səmədov vəfat edib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Xalq artistinin koronavirus səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]