Moskvada azərbaycanlı alim Fərman Salmanovun 90 illik yubileyi ilə bağlı konfrans keçirilib – FOTO

Bu gün Rusiyanın V.İ. Vernadski adına Dövlət Geoloji muzeyində görkəmli azərbaycanlı neftçi-geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

Aktualtv.az-nin məlumatına görə, tədbiri giriş sözü ilə açan Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının sədri Gennadi Şmal Fərman Salmanovun keçdiyi zəngin həyat yolu, onun Rusiyanın neft sənayesinə verdiyi misilsiz töhfə, buraxdığı tarixi iz haqda ətraflı danışıb.

O, 2018-ci ildə keçirilmiş səsvermə nəticəsində Surqut hava limanına Fərman Salmanovun adının verildiyini xatırladıb. Həmyerlimizin adının Rusiya və Azərbaycanda əbədiləşdirildiyini söyləyib.

Konfransda çıxış edən Səfir Polad Bülbüloğlu Fərman Salmanovla şəxsi tanışlığı haqda söz açıb. Azərbaycanın Səfiri vurğulayıb ki, məhz Fərman Salmanovun cəsarət və güclü iradə nümayiş etdirməsi nəticəsində Qərbi Sibirdə neft aşkarlanmışdır ki, bu gün də Rusiya həmyerlimizin verdiyi əhəmiyyətli töhfənin bəhrəsini görməkdədir.

Polad Bülbüloğlu Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Sərəncamın imzalandığını və sözügedən Sərəncama əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərman Salmanov adına təqaüdün təsis edildiyini, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldığını və Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın Rusiyadakı Səfiri Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun nailiyyətləri haqda gələcək nəsillərin müxtəlif müasir vasitələrdən istifadə edərək məlumatlandırılmasının vacibliyini önə çəkib.

Tədbirdə Fərman Salmanovun həyat və əmək fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Moskvada azərbaycanlı alim Fərman Salmanovun 90 illik yubileyi ilə bağlı konfrans keçirilib - FOTO
Moskvada azərbaycanlı alim Fərman Salmanovun 90 illik yubileyi ilə bağlı konfrans keçirilib - FOTO
Moskvada azərbaycanlı alim Fərman Salmanovun 90 illik yubileyi ilə bağlı konfrans keçirilib - FOTO

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]