Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları

Türkiyədə baş verən meşə yanğınları ilə bağlı azərbaycanlı məşhurlar da dəstək məqsədli paylaşımlar ediblər.

Aktualtv.az bildirir ki, müğənni Xatirə İslam dünyanı dağıdanın, yandıranın insan olduğunu deyib. 

“Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər? Təbiəti  məhv edən, heyvanları öldürən ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda butulka zibilliyi yaradan insandır” , – deyə ifaçı qeyd edib.

İfaçı Abbas Bağırov qardaş ölkəyə başsağlığı verib: “Bu vəhşiliyi edənlərin Allah bəlasını versin!”.


Aparıcı Zaur Baxşəliyev yanğınlarda zərər görən insanlara səbr diləyib: “Bu dünyada insanların canını yandıranlar, o dünyada cəhənnəm odundan qurtula bilməyəcək”.

Prodüser Tarix Əliyev də Türkiyəyə dəstək olanlar sırasında yer alıb. O, qardaş ölkənin yanında olduğunu vurğulayıb: “Bunu kim edibsə, Allahdan cəzasını alacaq”.

Digər aparıcı Vüsalə Əlizadə isə təbiətin bütün şərəfsizliklərin qurbanı olduğunu qeyd edib: 
“Bağışlaya biləcəksənmi bu acgöz, mundar məxluqları? Başınız sağ olsun,  qardaş ölkəm. Bizim də canımız yandı”.

Xalq artisti Faiq Ağayev bütün dünyanı yardım etməyə çağırıb:

“Türkiyəni yanğınlar bürüyüb. Adana, Muğla, Mersin, Bodrum, Osmaniye, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya… Manavqatdakı dostlarım imdad edir. Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik. Onları tək qoymayaq!”.

Meşə yanğınları ilə bağlı paylaşım edənlər arasında  Röya, Aygün Kazımova, Flora Kərimova, Xuraman Şuşalı və başqaları da olub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]