Bayden Azərbaycan və Ermənistanı danışıqlara çağırıb

“Qarabağ münaqişəsi səbəbindən təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”.

Bunu ABŞ Prezidenti Co Bayden Nikol Paşinyana parlament seçkilərinin nəticələri və yeni hökumət qurması münasibətilə ünvanladığı məktubunda deyib.

“ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərə danışıqlarda kömək göstərməklə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqdir”, – deyə Co Bayden qeyd edib.

O vurğulayıb ki, ABŞ Ermənistan və Azərbaycanı mümkün olan tez bir zamanda substantiv danışıqlara başlamağa çağırır.

“Ümid edirik ki, bu istiqamətdə Gürcüstanın da dəstəyi ilə nail olduğumuz irəliləyiş gələcək regional əməkdaşlıq üçün əsas olacaq”, – deyə Bayden əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]