“Beynəlxalq birlik “Taliban”la dialoqu davam etdirməlidir”

Beynəlxalq birlik Əfqanıstanda 20 il ərzində əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq üçün “Taliban” hərəkatı ilə dialoqu davam etdirməlidir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bundestaqda Almaniya Kansleri Angela Merkel vətəndaşların Əfqanıstandan təxliyyəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Əfqanıstanın yenidən terrora dəstək verən yerə çevrilməsi riski var.

“Əfqanıstanda taliblərin reallığı ilə razılaşmaq çətindir, ancaq yaranmış reallıqlarla işləmək lazımdır. Əfqanıstana ehtiyacı olanları, eləcə də qonşu ölkələrdəki qaçqınları dəstəkləmək lazımdır”, – Merkel deyib.

Bununla yanaşı, AFR kansleri bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə etdiyini bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]