Qazaxıstanda hərbi hissədə partlayış, xeyli sayda yaralı var – Video

Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrdən birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Aktualtv.az Rusiya mediasına istinadən məlumatına görə, hadisə nəticəsində Fövqəladə Hallar Departamentinin əməkdaşları və hərbçilər yaralanıb. Vilayət administrasiyanın məlumatına görə, yaralıların sayı 60 nəfərdir. Daha əvvəl Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Tvitter səhifəsində 30 nəfərin yaralandığını və faktla bağlı cinayət işi açıldığını yazmışdı.

“Yanğının nəticələrinin aradan qaldırılması üçün operativ qərargah işə başlayıb. Müdafiə, fövqəladə hallar nazirləri, daxili işlər nazirinin müavini əraziyə yollanıb. Yaxınlıqdakı kəndlərin sakinlərinin təxliyyəsi barədə qərar qəbul edilib. Müvəqqəti olaraq dəmiryol əlaqəsi dayandırılıb”, – deyə Tokayev paylaşımında bildirmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]