“Taliban” və müqavimət qüvvələri atəşkəs barədə razılığa gəlib

Əfqanıstanın Pəncşir əyalətində “Taliban”la müqavimət qüvvələri arasında atəşkəs barədə razılıq əldə olunub.

Aktualtv.az xəbər verir ki, bu barədə “Afghanistan International” yerli mənbəyə istinadən xəbər yayıb.

Razılaşma rəsmi xarakter daşımır. Sentyabrın 9-dan 12-dək müddətə müvəqqəti atəşkəs elan edildiyi məlumdur. “Taliban” yerli sakinlərə evlərini tərk etməyə və ölülərini dəfn etməyə icazə verib.

Bu arada Milli Müqavimət Cəbhəsi əyalətdə humanitar fəlakət hökm sürdüyünü bəyan edib.

“Minlərlə mülki şəxs uşaqları və ailələri ilə birgə bir neçə həftə davam edən blokada səbəbiylə ölməkdən və əsir düşməkdən qorxaraq dağlara qaçdı. Artıq neçə gündür ki, onları yeməkləri yoxdur”, – məlumatda deyilir. Əyalətdəki qüvvələr baş verənlərə görə Pəncşirə gedən bütün yolları bağlayan “Taliban”ı günahlandırır.

Xatırladaq ki, bazar ertəsi “Taliban” Pəncşirə nəzarəti tamamilə ələ aldığını bəyan edib. Müqavimət qüvvələri isə partizan döyüşləri aparacaqlarını bildiriblər.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]