Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər.

Mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdunda dinləyəcəklər.

Qonaqların əvvəlcə Cıdır düzü, Bülbülün ev-muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev-muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün büstlərini ziyarət etmələri nəzərdə tutulur.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır. Bu il mayın 12-də Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]