Palmali Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov Azərbaycan Dövlətinin himayəsində olan, “YAŞAT” fondu tərəfindən İstanbulda müalicə alan Qarabağ qaziləri ilə görüşüb- Foto

Bu gün Azərbaycan dövətinin himayəsində olan, “Yaşat” fondu tərəfindən Türkiyəyə müalicəyə gələn dəyərli qazilərimiz məni ziyarətə gəldilər.

AKTUAL TV xəbər verir ki, bu barədə Mənsimov paylaşımda bunları yazıb:

“44 günlük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışdılar. Həqiqətən də sizin kimi oğulları həyata gətirən anaların qarşısında baş əyirəm.

Bu gün şəhidlərimizin və qiymətli qazilərimizin sayəsində torpaqlarımıza qovuşduq. Hər kəs özündən və, ən əsası, şəhid olan döyüş dostlarından danışdılar…

Böyük qəhrəmanlıq, böyük şücayət…

İndi burada Türkiyədə müalicə alırlar. Azərbaycan dövlətinin öz qazilərinə sahib çıxması bir başqa qürürverici hissdir. Vətən uğrunda canından keçməyə hazır olan oğullar bilməlidirlər ki, arxalarında güclü Dövlət dayanır. Böyük iftixar hissi ilə həmişə vurğulayırıq ki, qazilərimizin durumu daim Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Sizinlə fəxr edirik, dəyərli Qazilərimiz!

Müqəddəs ruhlarınız qarşısında baş əyirik, Şəhidlərimiz!

Yaşasın Azərbaycanın güclü Dövləti, ordusu və mərd milləti!”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]