Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri görüşdü

Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Valeri Gerasimov və Mark Milli arasında görüş olub.

Bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, görüş Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib. Tərəflər görüş zamanı hərbçilər arasında münaqişələrin yaranması riskinin azaldılması ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlik, həmçinin qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və sözügedən görüş konstruktiv xarakter daşıyıb.

“The Wall Street Journal”ın məlumatına görə isə, danışıqlar ABŞ və tərəfdaşlarının Əfqanıstanı tərk etməsindən sonra terrorizmlə mübarizə vasitələrinin axtarılması fonunda keçirilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]