Güman edilir ki, bu verilişlər mənim sifarişimlə hazırlanır

“Axır zamanlar bəzi TV kanalları, internet TV-lər, köşə yazarları, bloqerlər mənim və şirkətimin adından sui-istifadə edərək silsilə verilişlər hazırlayırlar. Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq. Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan verilişlər hazırlamayın və efirə verməyin. Nəticədə belə güman edilir ki, bu verilişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır”.

Aktualtv.az” xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov öz feysbuk hesabında bildirib.

İş adamı daha sonra sözlərinə belə davam edib: “Mən bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun, nə vermişəm, nə verərəm, nə də bundan sonra verməyi düşünürəm. Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq.

Belə verilişlər mənim xəbərim olmadan hazırlanır. Bu verilişlərin məzmunu idarə etdiyim “Palmali” şirkəti ilə və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram. Bu xəbərləri yayaraq bizi alətə çevirməyiniz səhv addımdır.

Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir. Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib yayılan xəbərlərin dayandırılmasını tələb edirəm. Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi istəmir və qəbul etmirəm”.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
Share on email
Share on telegram

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]