Azərbaycanın iddiası əsasında Ermənistana qarşı məhkəmə prosesi BAŞLAYIR

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan arasında “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib.

Dinləmələr Azərbaycanın tələbi ilə bağlıdır.

Pandemiya ilə əlaqədar olaraq dinləmələr hibrid formatda keçiriləcək. Yəni bəzi hakimlər dinləmələrdə şəxsən iştirak edəcək, digərləri isə videobağlantı vasitəsi ilə əlaqə saxlayacaqlar. Tərəflərin nümayəndələri dinləmələrdə ya şəxsən, ya da videobağlantı ilə iştirak edə bilər.

Qeyd edək ki, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Azərbaycan tərəfi bəyan edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.(report.az)

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]