“Saakaşvilinin həbsi beynəlxalq qalmaqalla yekunlaşa bilər” – Zelenski

“Prezident Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin saxlanılması və Gürcüstanda səsləndirilən “bəyanatların tonu” ilə bağlı narahatdır”.

Bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.

“Ukraynanın Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin həbsi ilə bağlı xəbərləri yaxından izləyirik. Prezident Vladimir Zelenski bu cür xəbərlərdən və Gürcüstanda vəziyyətin mümkün inkişafı ilə bağlı səsləndirilən bəyanatların tonundan narahatdır. Ukrayna vətəndaşı ilə bağlı bu addımın bütün səbəblərinin izahı üçün Gürcüstan tərəfinə müraciət edir. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də saxlanılma ilə bağlı rəsmi məlumat almayıb”, – deyə Nikiforov qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]