Paşinyan etiraf etdi: “Azərbaycana yanlış xəritələr vermişik”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bir daha təsdiqləyib.

Aktualtv.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Paşinyan Azərbaycanda əsirlikdə olan erməni diversantlarını bütün mina xəritələrini verməklə dəyişməyi təklif edib.  

“Baxın, Azərbaycan Prezidenti mənimlə görüşməyə hazır olduğunu bəyan edib. Deyim ki, iyul ayında XİN səviyyəsində görüşməyə hazır olduğumuzu açıqladım, yəni Baş nazir-prezident səviyyəsində görüşü nəzərdə tuturuq.  

Qarşıdakı görüşə dediyim xəritələri özümlə aparmağa hazıram.

Əlimizdə olan bütün xəritələri özümlə aparmağa hazıram. Azərbaycan Prezidentini bütün məhbuslarımızı da özü ilə gətirməyə çağırıram”, – deyə Paşinyan qeyd edib.

Paşinyan onu da deyib ki, erməni tərəfi həqiqətən də Azərbaycana ilk dəfə yanlış xəritələri verib:

“Azərbaycan Prezidenti şikayət edir ki, əvvəllər verdiyimiz xəritələrin keyfiyyəti yaxşı deyil. Əlimizdəki xəritələri verdik, yəni doğru xəritələri çəkməcədə saxlayıb, yanlış xəritələri verdik. Xəritələrin keyfiyyəti ilə bağlı problem olduğunu bildiyimi istisna etmirəm”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]