Meksikada polis əməkdaşları güllələndi

Meksikanın mərkəzi hissəsində eyniadlı ştatın paytaxtı Sakatekas şəhərində 4 polis əməkdaşı naməlum cinayətkarlar tərəfindən öldürülüb.

Aktualtv.az xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik İdarəsi tviterdə bildirib.

“Biz qorxaq hücumdan sonra əməkdaşların həlak olmasından dərin kədər hissi keçiririk”, – mətndə deyilir. Quldurlar uşaq komandalarının yarışının keçirildiyi futbol meydançası yaxınlığında asayiş keşikçilərinə atəş açıblar. Hadisə zamanı oyunçular və azarkeşlər arasında zərərçəkənlərin olması barədə məlumat yoxdur.

Qeyd edək ki, cari ilin yanvarından sentyabradək Sakatekasda təxminən 900 insan zorakılığın qurbanı olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]