Putinlə Paşinyanın Kreml görüşü: nə baş verdi? – Video


Warning: Undefined property: stdClass::$height in /home/megav88m/public_html/wp-content/plugins/youtube-embed-plus/youtube.php on line 3124

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilib.

Aktualtv.az xəbər verir ki, Putin Paşinyanı salamlayaraq deyib:

“Biz sizinlə telefonla davamlı əlaqə saxlayırıq. Əlbəttə ki, istənilən nəticəni əldə etmək üçün şəxsi görüşlər həmişə məhsuldar şəkildə keçirilir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Rəsmi və qeyri-rəsmi şəraitdə danışacağıq, birlikdə nahar edəcəyik, cari işləri müzakirə edib, perspektivlərdən danışacağıq. Tezliklə MDB ölkələrinin sammiti olacaq. Bu sahədə və əlbəttə ki, qarşılıqlı əlaqələrimizin əsas məsələlərinə dair qeydləri sizinlə müqayisə etmək istərdim. Eyni zamanda, bölgədə hazırda və uzunmüddətli perspektivdə tənzimlənməyə dair məsələləri”.

Paşinyan çıxışı zamanı qeyd edib ki, regionda vəziyyətin tam sabitləşməsindən danışmaq hələ də mümkün deyil:

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq bölgədə təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır. Cənubi Qafqazda və dünyada dinamik proseslər gedir və bu kontekstdə müttəfiqlərin tez-tez görüşüb danışması çox vacibdir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]