ABŞ-ın iki şəhərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü” elan edilib

ABŞ-ın Minnesota ştatının Minneapolis və Börnsvill (Burnsville) şəhərlərinin rəhbərliyi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə soydaşlarımıza bəyannamələr ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Aktualtv.az-ya bildirilib ki, Minneapolis şəhər meri Ceykob Frey və Burnsville şəhər meri Elizabet Kautzun imzaladıqları sənədlərdə Azərbaycan əsilli amerikalıların Minnesota ştatı cəmiyyətinin fəal üzvləri olduqları, milli müxtəlifliyin, mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təminatına, bu ştatda sülhün inkişafına töhfə verdikləri nəzərə çatdırılıb.

Bəyannamələrdə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ Prezidenti Vudro Vilsonun “Azərbaycan liderləri azadlıq, hüquq və ədalət konsepsiyalarına yanaşmada mənim ideallarımı bölüşürlər” fikrini söylədiyi, hazırda Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının fəal iştirakçısı olduğu yada salınıb.

Ölkəmizin 1922-ci ildən 1991-ci ilədək SSRİ-nin tərkibində olduğunu və 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul etdiyini nəzərə alan merlər 18 oktyabr 2021-ci il tarixini “Minneapolis və Burnsville şəhərlərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü” elan ediblər.

Qeyd edək ki, bəyannamələrin təşəbbüskarı Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis olub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]