“O geyimə görə anam məni danladı” – Əməkdar artist

“Çoxları deyir ki, o vaxtlar elə obraza çəkilmisiniz, risk etmisiz. Məndən əvvəl Xuraman Qasımova “Liftçi qız”da dənizdə çəkilmişdi”.

Bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi “Bazar düzü” proqramında deyib. Müğənni bir vaxtlar çəkildiyi “Baladadaşın ilk məhəbbəti” filmindən danışıb. O, həmin vaxt çimərlik geyimində kamera qarşısına keçməsinin yaxşı qarşılanmadığını bildirib:

“O vaxtlar Sumqayıtda yaşayırdıq, dənizə tez-tez gedirdim. Ona görə də filmə çəkiləndə ağlıma gəlmirdi, yeniyetmə yaşımda idim. Sonradan hamı başladı dedi ki, çimərlik geyimində filmə çəkildin. Anam da məni görəndə o ki, var danladı. Uşaq olmuşam… O filmdən sonra dənizə getmədim”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]