“Biz öz məzarlarımızı qazırıq” – BMT sədri

BMT-nin baş katibi Antoniu Quterreş Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransının açılışında dünya liderlərini və ictimaiyyəti təbiətə ayaqyolu kimi yanaşmamağa çağırıb.

Bu barədə Aktualtv.az dünyanın ən böyük təşkilatının saytına istinadən xəbər verir.

“Biomüxtəlifliyə qarşı sərt rəftar kifayətdir. Karbon qazı ilə özünüzü öldürmək kifayətdir. Təbiətlə ayaqyolu kimi davranmaq kifayətdir. Yerin təkini yandırmaq, qazmaq, inkişaf etdirmək kifayətdir. Biz öz məzarlarımızı qazırıq”, – Quterreş bildirib.
O əlavə edib ki, artıq iqlim dəyişiklikləri baş verir. Son 30 il ərzində dünya okeanlarının səviyyəsinin qalxma sürəti iki dəfə artıb, okeanlar həmişəkindən əhəmiyyətli dərəcədə istiləşib. Quttereşin sözlərinə görə, okeanlar 2015-ci ildə Paris İqlim Sazişinin bağlanmasından sonrakı altı il ərzində Yer kürəsində indiyədək müşahidə müddətində ən isti olublar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]