56 yaşlı Xalq artisti Təranə Muradovanın Cıdır düzündə oynadığı “Sarı gəlin” rəqsi möhtəşəmliyi ilə heyranlıq doğurub.
Aktualtv.az xəbər verir ki, “Fire Land Production”un təşkilatçılığı və Şuşa Şəhəri Dövlət Qoruğunun dəstəyi ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində Şuşada Cıdır düzündə, İsa bulağında Xalq artisti, dəyərli sənətkarımız Təranə Muradova uzun illərdən sonra rəqs edib.
Xalq aristini balabanda Əlixan Səmədov müşayiət edib.
Çəkilişlərdə sevinc göz yaşlarını saxlaya bilməyən dəyərli sənətkarımız məhz “Sarı gəlin” mahnısının sədaları altında Cıdır düzündə qol götürüb quş kimi süzüb.
Cıdır düzündə, İsa bulağında Təranə Muradovanın bu rəqsi insanı bir daha qürurlandırır, göylərə qaldırır. Əlixan Səmədovun Azərbaycanın qədim musiqi aləti olan balabanda ifa etdiyi “Sarı gəlin” sanki bu torpaq uğrunda canını qurban verən igid Azərbaycan oğullarının ruhuna dualar pıçıldayır.
Allah şəhidlərimizin ruhunu şad etsin. Üçrəngli müqəddəs bayrağımız daim zirvələrdə dalğalansın! Doğma torpaqlarımızda səslənən musiqilərimizin sədası əbədi olaraq düşmənlərimizin qulağını batırsın!










