“Aktualtv.az” xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov öz feysbuk hesabında bildirib.
Biz sizi heç bir zaman unutmayacayıq və unutdurmayacayıq. Bu günün qəhrəmanları, bu günün səbəbkarları!
Xalqımın igid oğulları, biz sizinlə fəxr edirik!
Sizin valideyinlərinizin qarşısında baş əyirik. Siz ölümlə üz-üzə dayandınız, siz düşmənə diz çökdürdünüz, işğalda olan torpaqlarımızı qanınızla canınızla azad etdiniz. Siz Azərbaycanın ən yeni tarixinin ən şanlı səhifəsini yazdınız! Ali Baş Komandan və müzəffər ordumuz!
Arxanızda güclü bir dövlət var. Siz bu vətənin sərvətisiniz!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin.
Zəfər Gününüz mübarək olsun, Azərbaycan xalqı.

















