Mübariz Mənsimovun oğlu azərbaycanlı bəstəkarın əsərini ifa etdi

Azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədə ki, səhifəsində böyük oğlu Məcid Mənsimovun royalda ifasını paylaşıb. Öz paylaşımında azərbaycanlı iş adamı oğluna xitab edərək uğurlar arzulayıb.

“Mənim qürurum, böyük oğlum Məcid. Bu adı ona verəndə çox düşünmədim. Babam Məcidin adını daşıyır. Babam əsl kişi, çox dəyərli bir insan olub. Dürüst, mərd və ən əsası gözəl insan…
Ona görə də oğlum Məcid bu adın məsuliyyətini çox gözəl başa düşür və layiqincə də daşıyır.
Bu əsəri bizə ailəmizin dostu, sevimli bəstəkar Sevinc xanım hədiyyə edib. “Uğura aparan yol”.
Mən ümüd edirəm ki, bütün yollar oğlumun üzünə açıq olar. Uğurları bol olar”.

Klip İstanbul şəhərində çəkilib. Klipin məzmununa gəldikdə, tamaşaçının qarşısına istedadlı gənc və bəstəkar müəllimə çıxır. Kompozisiya belə adlanır: “Uğura aparan yol”. Bəstəkar Sevinc Tofiq qızının sözlərinə görə, bu əsəri bəstələyərkən istedadlı gəncləri düşünüb. O, Məcid Mənsimovun timsalında bu bəstəni gənclərimizə həsr edib, onlara getdikləri yolda büdrəməməyi, daim uğurlarının bol olmasını arzulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]