“Tətiyi çəkməmişəm” – Rejissorun ölümünə səbəb olan aktyor

Aktyor Alek Bolduin ölümünə səbəb olduğu quruluşçu rejissor Qalina Xatçinslə bağlı cinayət işinin istintaqı davam edir.

“ABC” kanalına müsahibə verən aktyor tapançanın tətiyi çəkmədiyini bildirib:

“Xeyr, xeyr, xeyr. Mən heç vaxt kiməsə silah doğrultmadım və tətiyi çəkmədim”.

Qeyd edək ki, hadisə ABŞ-da “Rust” filminin çəkilişləri zamanı baş verib. Alek Bolduin döyüş səhnəsi çəkilişində silahdan atəş açıb. Bu zaman tapançanın içindəki boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrin olması faciə ilə nəticələnib. Güllələrdən biri filmin rejissoru Coel Souza, digəri isə quruluşçu rejissor Qalina Xatçinsə dəyib. Coel körpücük sümüyündən yaralansa da, 42 yaşlı operator Qalina çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

İlkin açıqlamada tətiyin Alek tərəfindən çəkildiyi bildirilsə də, istintaq hələlik təfərrüatları açıqlamayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]