Amsterdamda “Nizami Gəncəvi – 880” markaları çap edilib

Niderlandın Amsterdam şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb.

Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə çap edilən markaların üzərində qüdrətli söz ustadının şəkli təsvir edilib, “Nizami Gəncəvi – 880” və “Azərbaycan şairi Nizami Gəncəvi” yazılıb.

S.Rəvanqızı bildirib ki, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib. Bundan öncə layihə çərşivəsində “Xarı bülbül”, “Əminə Dilbazi”, “Covdət Hacıyev” və digər poçt markaları büraxılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]