Ərdoğan ölkəsinin brend adını dəyişdi – FOTO

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Artıq Türkiyənin yeni ixracat markası “Türkiye”dir. Məqsəd Türkiyə markalarının və məhsullarının xaricdə daha çox tanınmasını təmin etməkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanının mətni bu gün “Resmi Gazete”də dərc olunub.

Sərəncamın mətnində qeyd olunur ki, ölkə brendinin dəyişdirilməsi ilə bağlı qərar ölkənin zəngin mədəniyyətini və irsini əks etdirən daha bir kompleks addımdır və yerli istehsalçının keyfiyyətli məhsulların etibarlı tədarükçüsü kimi xoş niyyətini təsdiq etmək məqsədi daşıyır.

Sənəddə qeyd edilir ki, “Türkiye” termini türk xalqının mədəniyyətini və dəyərlərini ən dolğun şəkildə əks etdirir. Bununla bağlı ölkə brendinin adının dəyişdirilməsi qərara alınıb. Bundan sonra “Made in Turkey” brendi əvəzinə ixrac məhsulları vahid “Made in Türkiye” brendi altında tədarük ediləcək.

Eyni zamanda, ölkənin bütün rəsmi sənədlərində, o cümlədən xarici dövlət və təşkilatlarla yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” və s. sözlər əvəzinə vahid “Türkiye” ifadəsi işlədiləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]