Komandolar taktiki təlimdə – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib.

Aktualtv.az  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, şəxsi heyət “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna hərəkət edib.

Təlimin senarisinə uyğun olaraq verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə keçən heyət atəş mövqelərini tutaraq atıcı silahlardan və qumbaraatanlardan atışlar icra edib.

Təlimin əsas məqsədi şəxsi heyətin atıcı silahlardan istifadəetmə bacarıqlarının və Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]