““Omicron” pandemiyaya son qoya bilər”

““Omicron” ştamı koronavirusun gedişatını yüngülləşdirə və pandemiyaya son qoya bilər”.

Aktualtv.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor, Qamaleya Mərkəzinin baş əməkdaşı virusoloq Anatoli Altşteyn bildirib.

Mütəxəssis hesab edir ki, bu tip virus yeni ildə yayılmayacaq. Çünki bunun üçün ona təxminən altı ay vaxt lazım olacaq.

Onun sözlərinə görə, “omicron”un yoluxuculuğu yalnız müəyyən müddətdən sonra qiymətləndiriləcək, lakin onun genomuna dair məlumatlar bu ştamın törətdiyi xəstəliyin virusun digər ştamlarından daha asan olacağını proqnozlaşdırmağa imkan verir.

“Əgər koronavirusun ölüm nisbəti qriplə müqayisə oluna bilərsə, onda biz artıq pandemiyanın bitdiyini güman edəcəyik. Pandemiyanın “omicron”la sona çatma şansı var”, – deyə virusoloq bildirib.

O, eyni zamanda hadisələrin gələcək inkişafından çox şeyin asılı olacağı barədə xəbərdarlıq edib.

“Ola bilsin ki, virus hazırda qocalara çatmayıb. Gəlsə, görünəcək. Amma indiyə qədər “omicron” nəticələrinə görə dəhşətli virus təəssüratı yaratmır”, – deyə Altşteyn izah edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]