Paşinyanın qızı ermənilərin hədəfində – Video

44 günlük müharibədə Ermənistanın məğlubiyyətindən sonra bu ölkədə Baş nazir Nikol Paşinyana qarşı xalq arasında etirazlar səngimir. Bununla yanaşı, erməni ictimaiyyətinin Paşinyana qarşı qəzəbi onun ailəsindən də yan keçmir.

Bu dəfə isə Paşinyanın qızı Maryam Paşinyan erməni diasporunun nümayəndələrinin qəzəbinə tuş gəlib. Belə ki, bir şəxs kafedə əyləşən Maryam Paşinyana yaxınlaşaraq atasının siyasətinə etirazını bildirib: “Sənin atan 5 min insan öldürüb”.

O, həmçinin Paşinyanı İuda ilə müqayisə də edib.

Hadisənin hansı şəhərdə baş verdiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, İuda xristianlar üçün lənətlə xatırlanan addır. Belə ki, İsa peyğəmbərin 12 həvarisindən biri olan İuda peyğəmbərə satqınlıq edib və İsa peyğəmbər onun əməlləri nəticəsində romalılar tərəfindən həbs edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]