Ərdoğanın partiyasından Ermənistana ÇAĞIRIŞ

“Zəngəzur dəhlizinin açılması Türkiyənin digər türk dövlətləri ilə əlaqələr qurmasına zəmin yaradacaq”.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş dekabrın 7-də İstanbulda Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Biz müharibədən sonra imzalanan sənədlərin icra edilməsini arzulayırıq. Bunun üçün də Ermənistan erməni lobbisinin göstərdiyi istiqamətlərdə deyil, Ermənistanda yaşayan erməni xalqının mənfəətinə uyğun şəkildə davranmalı və Cənubi Qafqazda sülhə töhfə verməlidir. Çünki Fransa, ABŞ və başqa yerlərdəki erməni lobbilərinin “havası” başqadır, Ermənistan reallığı isə başqadır”, – o vurğulayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]