Anar Kərimov Misir Milli Muzeyinin direktoru ilə görüşdü

Mədəniyyət naziri Anar Kərimov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Misir Milli Muzeyinin direktoru Sabah Abdel Razeklə görüşüb.

Aktualtv.az xəbər verir ki, A.Kərimova sivilizasiyanın beşiyi sayılan Misirin qədim tarixini özündə təcəssüm etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Qonaqları səmimi salamlayan muzey rəhbəri birgə əməkdaşlığın genişləndirilməsinin mühüm olduğunu qeyd edib.

Anar Kərimov öz növbəsində dəvət üçün təşəkkürünü bildirdikdən sonra Azərbaycan Milli İncəsənət Muzeyində qədim Misirə aid 51 eksponatın həssaslıqla qorunduğunu bildirib. Həmin sənət nümunələrinin Misir Muzeyində onlayn təqdimatını keçirməyin böyük marağa səbəb olacağına əminliyini dilə gətirib. Nazir həmçinin bəşəriyyətin ən qədim mədəniyyətinə sahib, sivilizasiyanın beşiyi sayılan Misir mədəniyyətinin təcrübələrindən yararlanmağın faydasını vurğulayıb. Bu istiqamətdə ikitərəfli görüşlərin, seminarların, layihələrin keçirilməsinin vacibliyini qeyd edib.

Görüş tərəfləri maraqlandıran bir sıra digər mühüm məsələlərin müzakirəsi ilə davam edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]