Füzuli və Cəbrayılda minaya düşən şəxslərə əlillik veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Daxil Qoşunların hərbi həkim-ekspertləri erməni terroru nəticəsində xəsarət almış iki hərbçi və bir mülki şəxsi ziyarət ediblər.

Nazirlikdən “Aktualtv.az”a verilən məlumata görə, hər üç şəxs – ötən ay hərbi xidmət vəzifələrini yerinə yetirərkən Füzuli rayonunda minaya düşən hərbi qulluqçular Sarib Məmmədzadə, Murad Məmmədzadə və Cəbrayıl rayonunda təmir-tikinti işləri apararkən minaya düşən mülki şəxs Natiq Məmmədov hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.

Həkim-ekspertlər tərəfindən onların əyani müayinəsi də aparılıb və hər birinin hazırkı sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olduğu müəyyən edilib. Müayinə foto-videolar çəkiliş də aparılmaqla aktlaşdırılıb və qısa müddətdə müvafiq şəhadətnamə və göndəriş təqdim edildikdən sonra onlara əlillik dərəcələri təyin ediləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]