Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Marja xəbər verir ki, sərəncama ilə, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.
Sərəncama əsasən:
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməldir.
– Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilib:
“Təşkilat Komitəsinin sədri
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Təşkilat Komitəsinin üzvləri
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin
Direktorlar Şurasının sədri
Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru”.










