Şuşada minaya düşüb ölən şəxslərin kimliyi MƏLUM OLDU – YENİLƏNİB

Dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən  hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

12:55

Xəbər verdiyimiz kimi, bu gün Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Unikal”a verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

***

12:39

Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]