Aksiya iştirakçıları Ermənistan XİN-in binasına daxil oldu

Ermənistanda ölkənin Xarici İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirilir.

Aktualtv.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Azadlıq hərəkatı” tərəfdarları və nümayəndələrinin qatıldığı aksiyanın iştirakçıları nazir Ararat Mirzoyan və yaxud müavini ilə görüş tələb ediblər.

Aksiya zamanı etirazçılar XİN-in binasına daxil olublar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları iştirakçıları binadan çıxarmağa çalışır. Polis 13 aksiya iştirakçısını saxlayıb.

Qeyd edək ki, aksiya iştirakçıları nazirdən Qarabağa dair danışıqlar prosesinin gələcəyinə dair suallara cavab tələb ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]