Hande Harmancıdan “omikron” ştamı ilə bağlı AÇIQLAMA

“Azərbaycanda ən son “Delta” ştamı aşkarlanıb. Bütün dünyada olduğu kimi burada da insanlar həmin ştamından əziyyət çəkirlər. Hələlik Azərbaycanda “Omikron” ştamına rast gəlinməyib”.

“Aktualtv.az” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.

Gəncədə səfərdə olan ÜST rəsmisi xatırladıb ki, yeni ştam Azərbaycanda hələ də aşkarlanmasa da, bu “Omikron” variantının burada olmayacağı anlamına gəlməməlidir: “Çünki dünyanın hər yerində “Delta” ştamı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda təbii ki, yayılacağını demişdim. Bu fikrim “Omikron” ştamına da aiddir. Çünki yeni ştam bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştama qarşı effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı “Omikron”dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]