“Qarabağ”ın potensial rəqibləri – “Fənərbaxça”, “Lester”…

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda “Bazel”ə 0:3 hesabı ilə uduzaraq H qrupunu ikinci pillədə başa vuran “Qarabağ”ın turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi bu mərhələdə  “Seltik” (Şotlandiya), “Fənərbaxça”, (Türkiyə), “Lester” (İngiltərə), “Sparta” (Çexiya), PSV (Niderland), “Marsel” (Fransa), “Midtülland” (Danimarka) və “Rapid” (Avstriya) kimi komandalardan biri ilə qarşılaşacaq.

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər.

Qeyd edək ki, pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]